Qazaxıstan Səhiyyə Nazirliyi: Təyyarə qəzası ilə bağlı 40 çarpayı ayrılıb
25 dekabr 2024 12:20 (UTC +04:00)

Qazaxıstan Səhiyyə Nazirliyi: Təyyarə qəzası ilə bağlı 40 çarpayı ayrılıb

Qazaxıstanın ərazisində Azərbaycanın AZAL Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan təyyarənin qəzaya uğramasından sonra hadisə yerinə Təcili Yardım Xidmətinin 22 və Fövqəladə Hallar üzrə Tibb Mərkəzinin 6 briqadası cəlb olunub.

Lent.az xəbər verir ki, bu barədə APA-ya Qazaxıstanın Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu məqsədlə Tibb Mərkəzinin cərrahiyyə, travmotologiya və reanimasiya şöbələrində 40 çarpayı ayrılıb.

Eyni zamanda mobil briqadalar daha 14 nəfəri xəstəxanaya çatdırıb. Onların da beşinin vəziyyətinin ağır olduğu və reanimasiyaya yerləşdirildiyi bildirilib.

11 yaşlı uşaq və 16 yaşlı yeniyetmə isə Uşaq Xəstəxanasına aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2409
avatar

Oxşar yazılar