Zaqatalada xəstəxanaya gələn  39 yaşlı şəxs anidən öldü
24 yanvar 2025 20:34 (UTC +04:00)

Zaqatalada xəstəxanaya gələn 39 yaşlı şəxs anidən öldü

Zaqatala Rayon Mərkəzi Xəstəxanasında 39 yaşlı kişi anidən ölüb.

Lent.az-ın məlumatına görə, axşam saat 17 radələrində Zaqatala şəhər sakini 39 yaşlı İlkin Vidadi oğlu Məmmədov ağır formada təngənəfəslik əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə daxil olub.

Aparılan tibbi müdaxilələrə baxmayaraq İ. Məmmədovda xəstəxanaya daxil olduqdan bir qədər sonra ani ölüm qeydə alınıb.

İ. Məmmədovun anidən ölüm faktı ilə bağlı hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16062
avatar

Oxşar yazılar