"Mən ondan pul almamışam, yalandır" - Nazim Quliyevin MƏHKƏMƏSİ
24 yanvar 2025 15:34 (UTC +04:00)

"Mən ondan pul almamışam, yalandır" - Nazim Quliyevin MƏHKƏMƏSİ

Dələduzluqda təqsirləndirilən, "İdeal" qəzetinin baş redaktoru Nazim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Lent.az-ın  məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid Aida Tağıyeva ifadə verib.

O bildirib ki,  N. Quliyevi 2009-cu ildən tanıyır, vəkili olub: "O vaxt Nazim Quliyevlə münasibətimiz yarandı. Bir neçə dəfə hüquqi yardıma ehtiyacı olan şəxsləri mənə yönəldib, müdafiə etmişəm. Sonuncu dəfə bir iş göndərdi, yenə vəkillik elədim. Sonra həmin şəxs iddia elədi ki, guya mən ondan 25 min manat alıb Nazim Quliyevə vermişəm. Mən həmin şəxsdən pul almamışam, yalandır".  

Qeyd edək ki, Nazim Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə); 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törədildikdə); 182.2.2 (hədə-qorxu ilə tələb etmə- təkrar törədildikdə) və 182.2.4 (hədə-qorxu ilə tələb etmə - xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb.

Nazim Quliyev 2009-cu ildə rüşvət, hədə-qorxu ilə tələb etmə və digər cinayətlərdə ittiham olunaraq 13 il müddətinə azadlıqdan məhrum edilib. O, 2020-ci ildə vaxtından əvvəl azadlığa buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1329
avatar

Orxan Rasifoğlu

Oxşar yazılar