Almaniya Futbol İttifaqı ölkə millisinin baş məşqçisi Yulian Naqelsmannla müqavilənin müddətini uzaddığını açıqlayıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, müqavilə 2028-ci il iyulun 31-dək qüvvədədir.
2028-ci il Avropa çempionatı Böyük Britaniya və İrlandiyada iyunun 9-dan iyulun 9-dək keçiriləcək.
37 yaşlı çalışdırıcının müqaviləsi ilkin olaraq iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatının sonuna kimi nəzərdə tutulmuşdu.
Naqelsmann 2023-cü ilin sentyabrından Almaniya millisini çalışdırır. Onun rəhbərliyi altında komanda 19 oyun keçirib, 11 dəfə qalib gəlib, 5 dəfə heç-heçə edib, 3 dəfə məğlub olub.