Müğənni Vəfa Şərifovanın evindən oğurluq edilib.
Lent.az xəbər verir ki, bu barədə "Gün ortası" verilişində aparıcı Zümrüd Bədəlova məlumat verib.
O bildirib ki, ifaçının məşhur brendə məxsus 25 min manatlıq qol saatı oğurlanıb.
V.Şərifova isə qeyd edib ki, sözügedən aksesuar ad günündə ona hədiyyə olunub və iki gündür yoxdur.