Kişi bir gün əvvəl dünyasını dəyişən qadının cəsədini əlil arabasına qoyub.
Braziliyanın Rio-de-Janeyro şəhərində ölən anasını əlil arabası ilə gəzintiyə aparan kişi yoldan keçənləri şoka salıb. Oxşar hadisə ötən il də həmin şəhərdə baş vermişdi, qadın ölmüş əmisini banka gətirib onun adına kredit götürmək istəmişdi.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu il yanvarın 22-də oğlu 100 yaşlı Aurora du Nascimento Markesin cəsədini küçəyə çıxarıb. O, bir gün əvvəl ölüb.
Yerli sakinlərdən biri onun üstünə qışqırıb: "Hər şeyi məhv etdin".
Onun cəsədi yolun ortasında dayanan arabada uzanıqlı olub. Qadının başı parça ilə örtülüb, ancaq qolları və ayaqları açıq imiş.
Küçəyə polis çağırılıb və qadının meyiti meyitxanaya aparılıb. Oğlu dindirilmək üçün polis bölməsinə aparılıb.
İfadəsinə görə, yanvarın 7-də anası ilə birlikdə evdən çıxarılmaqla hədələnib. Təxminən eyni vaxtda yaşlı qadın hərəkət etmək qabiliyyətini itirib.
Yanvarın 21-də o, yataqda olub, xəstələnib və tezliklə ölüb. Oğlu təcili yardım çağırıb və evə tibb işçiləri gəlib. Onlar anasının ölümünü təsdiqləyiblər və bildiriblər ki, meyitin çıxarılması ilə sosial xidmətlər məşğul olacaq. Oğul guya gözləyib, amma heç kim gəlməib, ona görə də anasını kresloda əyləşdirib sosial yardım mərkəzinə aparmaq qərarına gəlib.
Yolda onu anasını öldürməkdə ittiham edən yerli sakinlərlə qarşılaşıb. O, mübahisə zamanı hücuma məruz qaldığını iddia edir. Lakin polis onu polis bölməsinə apararkən heç bir gözə çarpan xəsarətinin olmadığını bildirir.
Hüquq-mühafizə orqanları Markesin ölüm səbəbini araşdırır.