"Mançester Yunayted" Premyer Liqa klubları arasında  avrokubokların rekordçusu   seçildi
24 yanvar 2025 19:32 (UTC +04:00)

"Mançester Yunayted" Premyer Liqa klubları arasında avrokubokların rekordçusu seçildi

“Mançester Yunayted” klubu İngiltərə komandaları arasında avrokuboklar səviyyəsində 90-cı dəqiqədən sonra qazanılan qollara görə birinci yeri tutub. Bu vaxta qədər mankunianlılar səkkiz belə oyun keçirib.

Lent.az-ın məlumatına görə, yanvarın 24-nə keçən gecə “qırmızı şeytanlar” Şotlandiya "Reyncers"nin qapısına qələbə qolunu vurmaqla Avropa turnirlərində həlledici qol rekorduna imza atıb.

"Yaxşı oynadıq və topa daha yaxşı sahib olduq. Qarşılaşmaya yaxşı başladıq, sonra səhv qərarlar üzündən oyuna nəzarəti itirdik, amma uşaqlar yaxşı çıxış etdilər. İkinci qola çox yaxın idik, çoxlu imkanlar oldu. Mükəmməl oynamırıq, oyunçular arasındakı əlaqəni görə bilirik, doğru anlarda daha soyuqqanlı olmalıyıq, amma oyunçuları qorumalı və bu anda hər kəsin vacib olduğunu göstərməliyik. Avropa yarışlarında hər şey tamam fərqlidir", - baş məşqçi Ruben Amorim deyib. 

"Mançester Yunayted"in portuqaliyalı yarımmüdafiəçisi Bruno Fernandeş Avropa Liqası oyununun 92-ci dəqiqəsində komandasının qələbə qolunu vurub.

Bununla da Ruben Amorimin yetirmələri avrokuboklar səviyyəsində Premyer Liqa təmsilçiləri arasında vurulan həlledici qolların reytinq cədvəlində zirvəyə yüksəlib.

Bu göstəricidə ikinci yeri hər birinin yeddi belə oyunu olan “Arsenal” və “Çelsi” bölüşür.

“Reyncers” üzərində qələbədən sonra Amorimin komandası Avropa Liqasının pley-off mərhələsinin yaz mərhələsinə birbaşa vəsiqə qazanmaq üçün əla şansını saxlayır. Bunun üçün ən azı yanvarın 30-da Rumıniya “Styaua”sı ilə heç-heçə etməlidirlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 597
avatar

Oxşar yazılar