Tatarıstanda çılpaq qadın liftə girərək kameranı sındırıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Yelabuqa şəhərinin Bakı Urmançe küçəsində baş verib. Yayımlanan kadrlarda qadının paltarsız, əlində çubuqla liftə necə girdiyi diqqəti çəkir. Bundan sonra o, liftdə kameraya vurmağa başlayıb. Onun niyə belə etməsi isə məlum deyil.
Qonşular artıq hüquq-mühafizə orqanlarına müraciət etdiklərini bildiriblər. Yerli sakinlərin dediyinə görə, sərxoş kişilər tez-tez həmin qadının evinə gedirlər.
Qadın özü isə ittihamları rədd edir.
Onun sözlərinə görə, yaşadığı evdə sadəcə bərbər işləyir və eyni zamanda masaj xidmətləri göstərir.
O, liftdə kameranı sındırdıqdan sonra yerli sakinlər yenidən polisə müraciət ediblər.