2024-cü ildə cinayətlərin ağır və xüsusilə ağır növlərinin 87,3 faizi açılıb.
Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində 2024-cü ilin yekunlarına dair keçirilən kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, qeyri-aşkar şəraitdə baş verən cinayətlərin 86, şəxsiyyət əleyhinə olanların 98,9, onlardan qəsdən adam öldürmələrin 96,6, adam öldürməyə сəhdlərin 95,2, qəsdən sağlamlığa ağır zərər vurmaların 98,9, mülkiyyət əleyhinə olanların 83,3 faizi açılıb. Xırda talamaların açılmasının nəticələri 3 faiz yaxşılaşaraq 87,5 faizə yüksəlib.
Ağır və xüsusilə ağır cinayətlər törətmiş 3271 nəfər tutulub, 216 kriminal qrup zərərsizləşdirilib.