Türkiyədə ana və 6 yaşlı qızını cərəyan vuraraq öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Osmaniye rayonunun Torpaqqala qəsəbəsində baş verib.
6 yaşlı Özlem Üstün evlərinin yanından keçən suvarma kanalında əlini yumaq istəyib. Bu zaman onu cərəyan vurub. Elektrik cərəyanı qızını qurtarmaq istəyən 37 yaşlı ana Cennet Üstündən də yan keçməyib. Onlar ağır vəziyyətdə aparıldıqları xəstəxanada ölüblər.
Faktla bağlı cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, qaz idarəsinin işçiləri suvarma kanalından keçən qaz borusundakı elektrik naqilini düzgün izolyasiya etməyiblər. Nəticədə yüksək gərginlik olan naqil su ilə təmas edib. Buna görə də qaz idarəsinin 9 vəzifəli şəxsi məsuliyyətə cəlb olunub.
Araşdırmalar davam etdirilir.