Ləman Nuriyeva
28 iyun 2022 10:56 (UTC +04:00)

Ləman Nuriyeva

"Prokurorluq" edən azərbaycanlı qız həbs edildi - QIZIL DİŞ əməliyyatı

Türkiyədə azərbaycanlı gənc qız dələduzluqda ittiham olunub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Denizli şəhərində qeydə alınıb. Belə ki, azərbaycanlı 22 yaşlı Ləman Nuriyeva Perihan .Ç adlı qadına zəng edərək özünü prokuror kimi təqdim edib. Daha sonra həmin qadına evindəki qızıl və pulların FƏTO/PYD-yə aid olduğunu deyib və bağlama ilə həmin pulları alıb.

Aldadıldığını başa düşən qadın hüquq-mühafizə orqanlarına xəbər verib.

Polis və prokurorluq əməkdaşları axtarışa verilən azərbaycanlı qızın ağzında qızıl diş olduğunu öyrəniblər. Buna görə, onlar Ləmanı tutmaq üçün keçirdikləri əməliyyata “qızıl diş” adı veriblər.

Axtarışlar nəticəsində gənc qızın bir əyləncə mərkəzində olduğu bilinib. Məhz həmin qızıl dişi sayəsində gənc qız saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda araşdırmalar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6663
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Qızlara nalayiq suallar verən azərbaycanlı fenomen  TUTULDU

Qızlara nalayiq suallar verən azərbaycanlı fenomen TUTULDU

19 iyun 2024 , 11:20
Qusarda uşağı maşın vurub öldürdü

Qusarda uşağı maşın vurub öldürdü

19 iyun 2024 , 10:41
Balakənli gənc Zaqatalada çayda boğuldu

Balakənli gənc Zaqatalada çayda boğuldu

19 iyun 2024 , 10:27
Vergidən yayınan zavod direktoru Azərbaycanda saxlanıldı

Vergidən yayınan zavod direktoru Azərbaycanda saxlanıldı

19 iyun 2024 , 10:17
Sumqayıtda 18 yaşlı gənc özünü asdı

Sumqayıtda 18 yaşlı gənc özünü asdı

19 iyun 2024 , 09:49
Təyyarədə hadisə; sərnişin polisi dişlədi

Təyyarədə hadisə; sərnişin polisi dişlədi

19 iyun 2024 , 02:15
Kürdəmirdə maşın aşdı, 3 nəfər öldü  - YENİLƏNİB

Kürdəmirdə maşın aşdı, 3 nəfər öldü - YENİLƏNİB

18 iyun 2024 , 19:41
19 yaşlı oğlan Araz çayında batdı

19 yaşlı oğlan Araz çayında batdı

18 iyun 2024 , 18:42