Polisin zərərsizləşdirdiyi silahlının cinayət ortağı HƏBS EDİLDİ
12 sentyabr 2024 18:19 (UTC +04:00)

Polisin zərərsizləşdirdiyi silahlının cinayət ortağı HƏBS EDİLDİ

Bakıda evə basqın edən şəxs həbs edilib. 

Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən Lent.az-a daxil olan birgə məlumatda qeyd olunur ki, sentyabrın 9-da saat 21 radələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rauf İsmayılovun yaşadığı Bakı şəhərinin Binəqədi rayonunda yerləşən mənzilə naməlum şəxslər silahlı basqın edərək külli miqdarda pul tələb edib.

Zərərçəkmişin övladının mənzildə quraşdırılmış müşahidə kamerası vasitəsilə görüntüləri izləyərək “102 Xidməti-Zəng Mərkəzi”nə verdiyi məlumat əsasında hadisə yerinə gələn polis əməkdaşlarına silahlı müqavimət göstərilib, polis əməkdaşları tərəfindən görülən cavab tədbirləri ilə silahlı basqında iştirak edən şəxslərdən 1972-ci il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş Eldəniz Şükürov zərərsizləşdirilməklə məhv edilib, digər şəxs isə hadisə yerindən yayınıb.

Hadisə ilə əlaqədar Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Prokurorluq və polis əməkdaşlarından ibarət peşəkar istintaq-əməliyyat qrupu tərəfindən dindirmə, axtarış, baxış və sair təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib, basqında istifadə olunan 1 ədəd “Makarov” markalı tapança, giliz, əl-barmaq izləri və sair predmetlər maddi sübut qismində götürülüb.  

Həyata keçirilən intensiv istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin digər iştirakçısı, 1994-cü il təvəllüdlü Orxan Abdullayevin şəxsiyyəti müəyyənləşdirilib.

Orxan Abdullayevin külli miqdarda gəlir əldə etmək məqsədilə Eldəniz Şükürovla qabaqcadan əlbir olub sahibkar Rauf İsmayılovun yaşadığı mənzilə silahlı basqın edib külli miqdarda pul vəsaiti tələb olunmasında iştirak etməsinə, hadisə yerinə gələn polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq zor tətbiq etməklə onlara müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Orxan Abdullayev Cinayət Məcəlləsinin 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma və ya gəzdirmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçiriən prokurorun təqdimatı əsasında barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etməklə, cinayətə aidiyyəti olan bütün şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1680
avatar

Oxşar yazılar

Sumqayıtda parkda  kişi meyiti  tapıldı

Sumqayıtda parkda kişi meyiti tapıldı

14 oktyabr 2024 , 22:26
32 dişi çıxarılan  qadının ürəyi dayandı

32 dişi çıxarılan qadının ürəyi dayandı

14 oktyabr 2024 , 19:59
Tarix Əliyev ÖZÜNÜ ASDI

Tarix Əliyev ÖZÜNÜ ASDI

14 oktyabr 2024 , 19:20
Qonşusunu öldürmək üçün  öz evini partlatdı 

Qonşusunu öldürmək üçün öz evini partlatdı 

14 oktyabr 2024 , 18:15
Baş Prokurorluq hərbi komissarların həbsi barədə MƏLUMAT YAYDI

Baş Prokurorluq hərbi komissarların həbsi barədə MƏLUMAT YAYDI

14 oktyabr 2024 , 15:45
Bakıda moped  oğurlandı

Bakıda moped oğurlandı

14 oktyabr 2024 , 14:47
Azərbaycanda yeniyetmə QIZDIRMADAN ÖLDÜ

Azərbaycanda yeniyetmə QIZDIRMADAN ÖLDÜ

14 oktyabr 2024 , 14:08
Polis postunda maşınını yandıracağını  dedi, SAXLANILDI

Polis postunda maşınını yandıracağını dedi, SAXLANILDI

14 oktyabr 2024 , 13:55