Polis rəisi İlkinin əleyhinə ifadə tələb edib - Nərminin məhkəməsində ŞOK İFADƏ
06 aprel 2022 19:02 (UTC +04:00)

Polis rəisi İlkinin əleyhinə ifadə tələb edib - Nərminin məhkəməsində ŞOK İFADƏ

Gəncə şəhər Nizami rayon Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə vəkillərin suallarını cavablandıran, İlkin Süleymanovun əmisi oğlu, sabiq polis əməkdaşı Murad Süleymanov deyib ki, hadisədən sonra Tovuz Rayon Polis Şöbəsinin sabiq rəisi Şirzad Əsgərov ondan İlkinin əleyhinə ifadə tələb edib.

"Şirzad Əsgərov mənə təzyiq edirdi ki, hər yerdə İlkinin qatil olduğunu deyim. Mən imtina etdiyim üçün rəis barəmdə şikayətlər yazdı. Mənə və yaxınlarıma qarşı olan təzyiqlərə tab gətirə bilmədiyimə görə, bir müddət sonra daxili işlər orqanlarından ayrıldım", - deyə şahid bildirib.

Proses aprelin 11-də davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.
İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6012
avatar

Fidan İlqar

Oxşar yazılar