Ötən il ölkədə 36 mindən çox cinayət hadisəsi olub
27 yanvar 2023 10:32 (UTC +04:00)

Ötən il ölkədə 36 mindən çox cinayət hadisəsi olub

Baş Prokurorluqda kollegiya iclası keçirilir.

Qurumdan Lent.az-a verilən məlumata görə, kollegiya iclasında Baş Prokurorluğun Mərkəzi aparatı, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyəti, rayon (şəhər) və ərazi hərbi prokurorları iştirak edir. İclas prokurorluq orqanları tərəfindən 2022-ci ildə fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.

Geniş Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, 2022-ci ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini keçirən bütün dövlət orqanları üzrə qeydə alınmış 36.494 cinayətin 88,2 faiznin açılması təmin olunub, bu cinayətlərin 95,2 faizini prokurorluq və daxili işlər orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib.

# 1281
avatar

Oxşar yazılar