Ödənişli yolda qəza:  Ölənlər var   -  YENİLƏNİB
28 noyabr 2023 22:32 (UTC +04:00)

Ödənişli yolda qəza: Ölənlər var - YENİLƏNİB

TƏBİB ödənişli yolda 2 nəfərin ölümü ilə baş verən yol qəzası ilə bağlı açıqlama yayıb.

Qurumdan Lent.az-a bildirilib ki, 1964-cü il təvəllüdlü vətəndaş 28.11.2023-cü il tarixində saat 19:00 radələrində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olan pasiyentə qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, qarnın küt travması, qabırğaların çoxsaylı sınıqları diaqnozu qoyulub. Həkimlərin səylərinə baxmayaraq pasiyent saat 20:39 radələrində vəfat edib.
 

***

21.16

Ödənişli yolda “Nissan Xtrail”in aşması nəticəsində xəsarət alan 59 yaşlı Xalis Babayev Xaçmaz rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Lent.az APA-ya istinadla xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

***

20.41

Bakı-Quba-Rusiya sərhədi ödənişli magistralın Xaçmaz rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, Nissan Xtrail markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza zamanı 55 yaşlı Təranə Babayeva hadisə yerində ölüb. 59 yaşlı Xalis Babayev isə, müxtəlif dərəcəli xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib.

Qəzanın baş verməsinə ilkin səbəb kimi yüksək sürət göstərilir.

Faktla bağlı araşdırma aparılır.
 

# 5106
avatar

Oxşar yazılar

Lerikdə minik avtomobili çaya aşdı- Ölən və yaralananlar var -YENİLƏNİB

Lerikdə minik avtomobili çaya aşdı- Ölən və yaralananlar var-YENİLƏNİB

25 fevral 2024 , 14:41
Bakıda küçədə qumbara aşkarlandı-VİDEO

Bakıda küçədə qumbara aşkarlandı-VİDEO

25 fevral 2024 , 11:42
Sabirabadda  DƏHŞƏT:   atasını  döyüb öldürdü

Sabirabadda DƏHŞƏT: atasını döyüb öldürdü

25 fevral 2024 , 10:22
Naxçıvandakı mövqelərimiz atəşə tutuldu

Naxçıvandakı mövqelərimiz atəşə tutuldu

25 fevral 2024 , 09:31
Bakıda iki avtomobil toqquşdu

Bakıda iki avtomobil toqquşdu

25 fevral 2024 , 09:04
Ağstafada qəza: Gənclər xəsarət aldı 

Ağstafada qəza: Gənclər xəsarət aldı 

25 fevral 2024 , 08:02
Sumqayıtda kişi dəm qazından boğuldu

Sumqayıtda kişi dəm qazından boğuldu

25 fevral 2024 , 00:20
Ermənistanda  əsgər ölüb:   güllə yarasından

Ermənistanda əsgər ölüb: güllə yarasından

25 fevral 2024 , 00:09