Ödəmə terminalından külli miqdarda pul oğurlandı
29 may 2023 18:43 (UTC +04:00)

Ödəmə terminalından külli miqdarda pul oğurlandı

Şirvanda ödəmə terminalından oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, şəhər ərazisində yerləşən marketlərin birində quraşdırılmış ödəmə terminalından 5694 manat oğurlanıb.

Şirvan şəhər Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş C.İsmayılov saxlanılıb.

Araşdırma aparılır.

# 2532
avatar

Oxşar yazılar