Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölümü ilə bağlı  cinayət işi  açıldı
13 yanvar 2025 19:08 (UTC +04:00)

Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölümü ilə bağlı cinayət işi açıldı

Yanvarın 12-də 30 yaşlı Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.

Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, ilkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində rinoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1110
avatar

Oxşar yazılar