Tahir Fərzəliyev
02 iyun 2022 19:44 (UTC +04:00)

Tahir Fərzəliyev

Narkotik çəkən taksi sürücüsü xəstəxanada öldü - FOTO

Bakıda narkotikin təsiri altında saxlanılan sürücü dünyasını dəyişib.

Lent.az-ın məlumatına görə, paytaxtın Biləcəri qəsəbə sakini 39 yaşlı Tahir Fərzəliyev narkotikin təsiri altında taksi fəaliyyəti ilə məşğul olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılıb. O, saxlanılan zaman səhhəti pis olduğundan xəstəxanaya yerləşdirilib.

Lakin xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

T. Fərzəliyevin narkotikdən zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tahir Fərzəliyev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4311
avatar

Mehman Nəbiyev

Oxşar yazılar