Rusiya hüquq-mühafizə orqanları paytaxt Moskvada miqrantların yaşadığı yataqxanaya basqın edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, müstəntiqlər əməliyyat xidmətləri və Rusiya Milli Qvardiyasının əməkdaşları ilə birlikdə miqrasiya qanunlarının pozulması barədə məlumat daxil olduqdan sonra yataqxanaya giriblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları 400-ə yaxın əcnəbinin sənədlərini yoxlayıb.