Məktəbli özünü asdı: toya gedə bilmədiyi üçün -  İDDİA
07 aprel 2021 10:23 (UTC +04:00)

Məktəbli özünü asdı: toya gedə bilmədiyi üçün - İDDİA

Aprelin 4-də Gədəbəy rayonu, Pərizamanlı kənd sakini, 16 yaşlı Şöhrət Vüqar oğlu İbrahimov özünü həyətdəki tövlədə asıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, həmin gün qonşuluqda şənlik olub. İddiaya görə, evin tək oğlu olan və 9-cu sinifdə oxuyan Şöhrət də orada iştirak etmək istəsə də, amma atası buna razı olmayıb. Onun məhz bu səbəbdən evlərinin həyətindəki tövlədə intihar etdiyi ehtimal olunur. 

Hazırda faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8400
avatar

Mehman Nəbiyev

Oxşar yazılar