Məktəb direktoru qəzada həyatını itirdi -YENİLƏNİB -FOTO
28 may 2023 17:54 (UTC +04:00)

Məktəb direktoru qəzada həyatını itirdi -YENİLƏNİB-FOTO

Xəbərə foto əlavə edilib.

***

saat 17.04

Lənkəranda məktəb direktorunun ölümü ilə nəticələnən yol qəza hadisəsi ilə bağlı Lənkəran - Astara regional təhsil idarəsi açıqlama yayıb.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə, mayın 28-i saat 12:30-də Lənkəran rayonu, Xanbulan kənd ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Rayonun Liman şəhər 2 saylı tam orta məktəbinin direktoru ,Məmmədov Ramiz Şahvələd oğlu idarə etdiyi “Nissan” markalı minik maşını ilə qarşıdan gələn avtobusla toqquşub.

Qəza zamanı Ramiz Məmmədov və onunla birlikdə 2 sərnişin müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Onlardan R.Məmmədovun xəsarəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda baş vermiş hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Liman 2 saylı məktəbin direktoru Ramiz Məmmədov Masallı rayon özəl klinikaların birinə göndərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Müəllimlər vaxtilə dərs dedikləri Lənkəran şəhər 3 nömrəli məktəbin məzunlarının məktəbi bitirmələrinin 30 illiyi ilə əlaqədar tədbirə gedərkən qəzaya düşüblər.

***

saat 16.28

Lənkəranda baş verən qəzada ağır yaralanan məktəb direktoru Ramiz Məmmədov vəfat edib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Ramiz Məmmədov ağır vəziyyətdə Masallı rayonunda özəl xəstəxanaların birinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

***

saat 15.52

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə yol nəqliyyat hadisəsi Lənkəran rayonunun Hirkan - Daşdatük - Biləsər yolunda qeydə alınıb.

Ramiz Məmmədovun idarə etdiyi "Nissan Tida" markalı minik avtomobili turistləri daşıyan iri tutumlu avtobusla toqquşub.

Nəticədə "Nissan Tida"nın sürücüsü və maşındakı sərnişinlər – 1957-ci il təvəllüdlü Tahir Zülfüqarov və 1951-ci il təvəllüdlü Şakir Həbibov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Sürücünün vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, Ramiz Məmmədov Lənkəran rayonunun Liman şəhərində 2 saylı məktəbin direktorudur. Şakir Həbibov LDU-nun riyaziyyat kafedrasının müəllimidir. Tahir Zülfüqarov isə LDU-da inzibati işə çalışır.

Turist avtobusunda olan sərnişinlərdən xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

# 6315
avatar

Oxşar yazılar

İt kişinin  cinsi orqanını   dişlədi, bir daha...

İt kişinin cinsi orqanını dişlədi, bir daha...

4 oktyabr 2023 , 20:00
Fuad Muradov həbs olundu

Fuad Muradov həbs olundu

4 oktyabr 2023 , 17:55
Küçədə  başı parçalanan   kişi meyiti tapıldı

Küçədə başı parçalanan kişi meyiti tapıldı

4 oktyabr 2023 , 14:54
Narkotaciri döyüb  məhəllədə sürüdülər

Narkotaciri döyüb məhəllədə sürüdülər

4 oktyabr 2023 , 14:28
Polis rəisindən sonra müstəntiq də saxlanıldı

Polis rəisindən sonra müstəntiq də saxlanıldı

4 oktyabr 2023 , 13:44
İki yaşlı uşaq bıçaqlandı

İki yaşlı uşaq bıçaqlandı

4 oktyabr 2023 , 13:33
Arutyunyanın saxlanılma anı - FOTO

Arutyunyanın saxlanılma anı - FOTO

4 oktyabr 2023 , 13:06
Bakıda narkotik çəkib qadınla dalaşan sürücü HƏBS EDİLDİ

Bakıda narkotik çəkib qadınla dalaşan sürücü HƏBS EDİLDİ

4 oktyabr 2023 , 12:38