Məhkəməyə verilən  saytla bağlı   QƏRAR
06 fevral 2025 18:17 (UTC +04:00)

Məhkəməyə verilən saytla bağlı QƏRAR

Medianın İnkişafı Agentliyi (MEDİA) “Anaxeber.info” saytının bloklanması ilə bağlı iddiası əsasında məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində hakim Rəşad Mamedovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, MEDİA-nın iddiası təmin edilib, saytın fəaliyyətinin dayandırılması barədə qərar çıxarılıb.

Qeyd edək ki, sözügedən saytın Media Reyestrində qeydiyyatı olmayıb.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1693

Oxşar yazılar