Lənkəranda müxtəlif yerlərdə  iki meyit tapıldı
31 yanvar 2023 21:46 (UTC +04:00)

Lənkəranda müxtəlif yerlərdə iki meyit tapıldı

Lənkəranda yaşayış evində kişi meyiti tapılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, meyit axşam saatlarında rayonunun Vilvan kəndində yerli sakinlər tərəfindən aşkar edilib.

Hüquq mühafizə orqanları hadisə yerinə baxış keçirən zaman meyitin İsmixan Məhkəmə oğlu Əzimova məxsus olduğunu müəyyən edib.

Qeyd edək ki, ölən şəxs bir neçə ildir ki, tək yaşayıb.

Hazırda ölümün səbəbi araşdırılır.

Xatırladaq ki, analoji hadisə bu gün Lənkəran şəhərinin Heydər Əliyev prospekti dalan 4, ev 11 ünvanında da qeydə alınıb.

1973-cü il təvəllüdlü Vüqar Eldar oğlu Novruzovun meyiti yaşadığı evdə tapılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

# 1905
avatar

Oxşar yazılar