Koronavirus xəstəsi postda saxlanıldı
24 dekabr 2020 13:18 (UTC +04:00)

Koronavirus xəstəsi postda saxlanıldı

Oğuz rayon sakini Nasif Həsənovun COVID-19 testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicəyə cəlb edilməsinə və sanitar-karantin qaydaları izah edilməsinə baxmayaraq, o, yaşadığı ünvanı tərk edib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, N.Həsənov yaşadığı rayondan gələrək  Mingəçevir şəhərinə daxil olmaq istəyərkən karantin postunda saxlanılıb. Əraziyə həkim briqadası dəvət olunub və həmin şəxs yaşadığı ünvana göndərilib. 

N.Həsənov barəsində Mingəçevir şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1140
avatar

Mehman Nəbiyev

Oxşar yazılar