Balakəndə narkotik əkən şəxs
27 avqust 2021 18:06 (UTC +04:00)

Balakəndə narkotik əkən şəxs

Keçmiş məhkum bunu da etdi: Dağın ətəyində...

Balakəndə dağın ətəyində narkotik plantasiyası salan keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayonun Qazbinə kəndi ərazisində yerləşən dağların ətəyində çətənə kollarının əkilib-becərilməsi barədə polisə məlumat daxil olub. Ərazi dərhal əməliyyat nəzarətinə götürülüb və keçirilmiş tədbirlər nəticəsində orada narkotik becərən şəxsin Şəki şəhər sakini, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Kamal Hüseynov olduğu müəyyən edilib. O, çətənə kollarına qulluq edərkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıb və şübhəli şəxs qismində saxlanılıb. Əraziyə baxış zamanı oradan aqrotexniki qulluq göstərilmiş, ümumi çəkisi 213 kiloqramdan artıq olan 1103 ədəd narkotik tərkibli bitkilər aşkar edilərək maddi sübut kimi götürülüb.

K.Hüseynov ifadəsində çətənə kollarını 3 ay bundan öncə Şəki şəhərindən gələrək burada becərdiyini və vaxtaşırı qulluq göstərdiyini, məqsədinin isə həm öz istifadəsi, həm də satmaq olduğunu bildirib.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1725
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Piyadanı öldürən sürücü HADİSƏ YERİNDƏN QAÇDI

Piyadanı öldürən sürücü HADİSƏ YERİNDƏN QAÇDI

3 iyul 2024 , 10:46
Sumqayıtda ŞOK İNTİHAR:  Özünü ayaqqabı ipi ilə asdı

Sumqayıtda ŞOK İNTİHAR: Özünü ayaqqabı ipi ilə asdı

3 iyul 2024 , 09:51
Dövlət sərhədini pоzduqlarına görə 30 nəfər SAXLANILDI -FOTO

Dövlət sərhədini pоzduqlarına görə 30 nəfər SAXLANILDI-FOTO

3 iyul 2024 , 08:39
Beyləqanda AĞIR QƏZA:  2 ölü, 5 yaralı

Beyləqanda AĞIR QƏZA: 2 ölü, 5 yaralı

3 iyul 2024 , 06:22
Bakıda qonşular arasında dava düşdü, ata və oğul BIÇAQLANDI

Bakıda qonşular arasında dava düşdü, ata və oğul BIÇAQLANDI

3 iyul 2024 , 03:04
Naxçıvanda hamilə qadını İLAN SANCDI

Naxçıvanda hamilə qadını İLAN SANCDI

3 iyul 2024 , 00:16
Xətaidə GÜCLÜ YANĞIN  - VİDEO

Xətaidə GÜCLÜ YANĞIN - VİDEO

3 iyul 2024 , 00:01
Bakı 53 yaşlı kişi ÖZÜNÜ ÖLDÜRDÜ

Bakı 53 yaşlı kişi ÖZÜNÜ ÖLDÜRDÜ

2 iyul 2024 , 19:03