Jurnalistlərin binasında yanğın baş verib.
Lent.az-ın məlumatına görə, hadisə jurnalistlər üçün tikilən 2-ci binanın "B" blokundakı mənzillərdən birində qeydə alınıb.
İlkin ehtimala görə, yanğına paltaryuyan maşında yaranmış nasazlıq səbəb olub.
Əraziyə gələn yanğın söndürənlər hadisənin qarşısını alıblar.