İstirahət günləri yollarda 6 nəfər öldü - GÜNÜN KRİMİNAL XRONİKASI
16 may 2022 10:04 (UTC +04:00)

İstirahət günləri yollarda 6 nəfər öldü - GÜNÜN KRİMİNAL XRONİKASI

Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilən 104 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 57 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 54, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 80 nəfər saxlanılıb.

# 1386
avatar

Mehman Nəbiyev

Oxşar yazılar