İsmayıllıda maşın körpüdən aşdı , xəsarət alanlar var
10 avqust 2025 23:57 (UTC +04:00)

İsmayıllıda maşın körpüdən aşdı, xəsarət alanlar var

İsmayıllıda avtomobil qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, İsmayıllı rayonunun Istisu-Qalacıq kəndlərinə gedən yolda qəza baş verib.

İlkin məlumata görə, “Mercedes” markalı avtomobil körpüdən aşıb.

Hadisə nəticəsində Bakı şəhər sakini 1999-cu il təvəllüdlü Həsənli Səmra Nail qızı, 1975-ci il təvəllüdlü Həsənov Rüfət Fərman oğlu və 1979-cu il təvəllüdlü Huseyinova Gülsüm Suleyman qızı agır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Onların vəziyyətinin ağır olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 412

Oxşar yazılar