İşçilərinin əmək müqaviləsi olmayan şirkət külli miqdarda cərimələndi
17 iyul 2021 14:43 (UTC +04:00)

İşçilərinin əmək müqaviləsi olmayan şirkət külli miqdarda cərimələndi

Bir neçə şirkətlərə inzibati cərimə tətbiq olunub.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, hüquqi şəxs “Fam-88” MMC-nin vəzifəli şəxsi Rafiq Tağıyev qanunvericiliklə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslər Tofiq İslamov və Məhəmməd Cəbrayılovu Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 1 ünvanında inşa edilən yaşayış binasının tikintisinə fəhlə kimi işlərin yerinə yetirilməsinə cəlb edib. Buna görə, “Fam-88” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati icraat başlanaraq, baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilmiş və nəticədə MMC barəsində 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri seçilib.

Bundan başqa, “Aqro Az” MMC, “Gidromaşservis” QSC, “Retro Holding” MMC və “P.P-Production Company LTD” MMC fəaliyyətlərində inzibati xətalara yol verildiyinə görə barələrində İXM-nin müxtəlif maddələri ilə CTKİ-də inzibati icraatlar başlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilərək, müvafiq qərarlarla həmin hüquqi şəxslər barəsində inzibati cərimə tətbiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2398

Oxşar yazılar

Pulu Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm - ZƏRƏRÇƏKƏN DANIŞDI

Pulu Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm - ZƏRƏRÇƏKƏN DANIŞDI

20 avqust 2025 , 16:50
Bakıda 20 yaşlı oğlan müəmmalı şəkildə  öldü

Bakıda 20 yaşlı oğlan müəmmalı şəkildə öldü

20 avqust 2025 , 16:43
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

20 avqust 2025 , 15:47
"Vasmoy" bazarında ÖLÜM

"Vasmoy" bazarında ÖLÜM

20 avqust 2025 , 15:31
Yeni doğduğu körpəsini satdı

Yeni doğduğu körpəsini satdı

20 avqust 2025 , 15:16
Kamran Əliyevdən YENİ TƏYİNATLAR

Kamran Əliyevdən YENİ TƏYİNATLAR

20 avqust 2025 , 14:53
Şabranda kişi kimyəvi məhluldan zəhərlənib öldü

Şabranda kişi kimyəvi məhluldan zəhərlənib öldü

20 avqust 2025 , 13:48
Rüşvət alan 3 polis  həbs olundu

Rüşvət alan 3 polis həbs olundu

20 avqust 2025 , 13:19