İnsanları şantaj edən haker tutuldu - Baş İdarədən ƏMƏLİYYAT
18 iyul 2024 17:41 (UTC +04:00)

İnsanları şantaj edən haker tutuldu - Baş İdarədən ƏMƏLİYYAT

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən internet platformalarında informasiya texnologiyalarından istifadə edilməklə törədilən hüquqazidd əməllərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, Baş İdarəyə “İnstagram” sosial şəbəkəsində müxtəlif adda hesablar açaraq özünü kompüter və şəbəkə təhlükəsizliyi üzrə “mütəxəssis-xaker” kimi təqdim edən naməlum şəxsin ona müraciət edən vətəndaşlara dair məlumatları ələ keçirdiyi barədə çoxsaylı müraciətlər daxil olub.

Araşdırmalarla həmin səhifələrin vətəndaşlardan yaxınlarının başqa şəxslərlə yazışmalarını ələ keçirməsi müqabilində müxtəlif məbləğlərdə ödəniş aldığı, habelə səhifəyə müraciət edənlərin mobil telefonlarına müdaxilə edərək özəl foto və video görüntülər əldə etdiyi müəyyən edilib. Həmin görüntülərin rüsvayedici formada sosial şəbəkələrdə yayılmaması müqabilində isə qeyd edilən səhifələrdə hədə-qorxu ilə vətəndaşlardan əlavə pullar tələb edilib.

Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində göstərilən səhifələrin əvvəllər də eyni əməllərə görə məhkum olunmuş Nurlan İsmayılov tərəfindən idarə olunduğu müəyyən edilib və o, tutularaq istintaqa cəlb edilib. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Nurlan İsmayılov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 663
avatar

Oxşar yazılar

Polis polkovnikinin evində ƏMƏLİYYAT:  nələr tapıldı?

Polis polkovnikinin evində ƏMƏLİYYAT: nələr tapıldı?

18 iyul 2024 , 20:00
Lənkərançayda batan kişinin  meyiti tapıldı

Lənkərançayda batan kişinin meyiti tapıldı

18 iyul 2024 , 19:40
Şəmkirdə DƏHŞƏT:  qadın ata evində özünü asdı

Şəmkirdə DƏHŞƏT: qadın ata evində özünü asdı

18 iyul 2024 , 19:35
Bakıda evdən kişi meyiti  tapıldı

Bakıda evdən kişi meyiti tapıldı

18 iyul 2024 , 19:10
Baş redaktorun həbs müddəti uzadıldı

Baş redaktorun həbs müddəti uzadıldı

18 iyul 2024 , 18:49
Bakıda depressiyaya düşən kişi özünü öldürdü

Bakıda depressiyaya düşən kişi özünü öldürdü

18 iyul 2024 , 17:52
Zaqatalada satıcı qız məktub yazıb  siçan dərmanı içdi

Zaqatalada satıcı qız məktub yazıb siçan dərmanı içdi

18 iyul 2024 , 17:09
Cavad Qədimov Bakı həbsxanasında  öldü

Cavad Qədimov Bakı həbsxanasında öldü

18 iyul 2024 , 17:00