Saxlanılan OrxanMirzəyev. Fuad Qəmbərov və Coşqun Əhmədov
08 sentyabr 2021 09:48 (UTC +04:00)

Saxlanılan OrxanMirzəyev. Fuad Qəmbərov və Coşqun Əhmədov

İmişlidə "patı" satanlar tutuldu, digər cinayətləri üzə çıxdı -FOTO

İmişlidə narkotik alverçiləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, İmişli rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Fuad Qənbərov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı sellofan bükümlərdə olan "patı" və "şüşə" adlanan psixotrop maddə metamfetamin və heroin aşkar edilərək götürülüb.

F.Qənbərovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun sentyabr ayının 2-də tanışı Coşqun Əhmədovla birlikdə rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq etdiyi də müəyyən edilib.

Keçirilən tədbirlərlə C.Əhmədov şöbə əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

İmişli rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq narkotik maddə saxlamaqda şübhəli bilinən Orxan Mirzəyev də saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı isə narkotik maddə heroin aşkarlanıb.

Faktlarla bağlı İmişli rayon Polis Şöbəsində cinayət işləri açılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2112

Oxşar yazılar

Ucar yolunda iki "Mercedes"  toqquşdu, yaralılar var

Ucar yolunda iki "Mercedes" toqquşdu, yaralılar var

23 iyul 2025 , 18:37
Sevgilisindən ayrılan oğlan özünü binadan atdı

Sevgilisindən ayrılan oğlan özünü binadan atdı

23 iyul 2025 , 17:46
Füzulidə də yanğın BAŞLADI:  helikopter cəlb olundu

Füzulidə də yanğın BAŞLADI: helikopter cəlb olundu

23 iyul 2025 , 17:35
Şəmkir sakini ölü tapıldı

Şəmkir sakini ölü tapıldı

23 iyul 2025 , 17:31
Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

23 iyul 2025 , 17:00
Bakıda 10 nəfərin öldüyü  partlayışın şahidləri DANIŞDI

Bakıda 10 nəfərin öldüyü partlayışın şahidləri DANIŞDI

23 iyul 2025 , 16:40
Azərbaycanda polisi terrorla şantaj  edən uşaq CƏZALANDIRILDI

Azərbaycanda polisi terrorla şantaj edən uşaq CƏZALANDIRILDI

23 iyul 2025 , 16:33
DSX-nın hərbçisi vəfat etdi

DSX-nın hərbçisi vəfat etdi

23 iyul 2025 , 15:08