İllər əvvəl həbs olunan baş redaktor yenə tutuldu
28 may 2024 19:12 (UTC +04:00)

İllər əvvəl həbs olunan baş redaktor yenə tutuldu

"Bizim dövr" qəzetinin və Aktualinfo.az saytının baş redaktoru Surxay Əliyev yenidən həbs edilib.

Lent.az xəbər verir ki, baş redaktor Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş açılıb və barəsində məhkəmənin hökmü ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Surxay Əliyev hələ bir neçə il bundan öncə də eyni ittihamla Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2277
avatar

Oxşar yazılar