İctimai fəal Əhməd Məmmədli SAXLANILDI:  adam bıçaqlayıb - YENİLƏNİB
07 may 2025 10:58 (UTC +04:00)

İctimai fəal Əhməd Məmmədli SAXLANILDI: adam bıçaqlayıb - YENİLƏNİB

İctimai fəal Əhməd Məmmədli saxlanılıb.

Lent.az-ın məlumatına görə, o, Biləcəridə baş verən bıçaqlanma hadisəsi ilə bağlı istintaqa cəlb edilib. 

Belə ki, mayın 6-da saat 22 radələrində 1988-ci il təvəllüdlü Dünyamalıyev Vüqar Rasim oğluna Bilcəri qəsəbəsi R.İsmayılov küçəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2001-ci il təvəllüdlü, Cəlilabad rayonunda anadan olmuş Məmmədli Əhməd Vüqar oğlu olduğu müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Binəqədi Rayion Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

İlkin məlumata görə, hadisəyə taksidə yer üstündə mübahisə səbəb olub.

***

saat 09:23

Bakıda bıçaqlanma hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində baş verib.

37 yaşlı Dünyamalıyev Vüqar Rasim oğlu qarnından kəsilmiş-deşilmiş xəsarətlər alıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı Cəlilabad rayon sakini Məmmədli Əhməd Vüqar oğlu saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1836

Oxşar yazılar

Qusarda zəlzələ  baş verdi

Qusarda zəlzələ baş verdi

8 may 2025 , 01:17
Oğuzda maşın aşdı:  yaralılar var -  VİDEO

Oğuzda maşın aşdı: yaralılar var - VİDEO

7 may 2025 , 23:43
Nəsimi rayonunda yanğın - VİDEO

Nəsimi rayonunda yanğın - VİDEO

7 may 2025 , 21:40
Sabirabadda kişi küçədə özünü asdı

Sabirabadda kişi küçədə özünü asdı

7 may 2025 , 19:33
Şəhər Polis İdarəsinin rəisinə   cinayət işi açıldı

Şəhər Polis İdarəsinin rəisinə cinayət işi açıldı

7 may 2025 , 18:52
Gədəbəydə 86 yaşlı kişinin asılmış meyiti  tapıldı

Gədəbəydə 86 yaşlı kişinin asılmış meyiti tapıldı

7 may 2025 , 18:39
“Qalatasaray”ın keçmiş futbolçusu həbs edilib?  -  VİDEO

“Qalatasaray”ın keçmiş futbolçusu həbs edilib? - VİDEO

7 may 2025 , 18:12
Cəlilabadda FACİƏ:  məktəbli qızı maşın vurub öldürdü

Cəlilabadda FACİƏ: məktəbli qızı maşın vurub öldürdü

7 may 2025 , 17:50