Türkiyədə itkin düşən kişinin meyiti tapılıb.
Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, hadisə Konya şəhərinin İlgin qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 30 yaşlı Mehmet Emin Kara 2 gündür itkin düşdüyü üçün yaxınları polisə müraciət ediblər.
Polislərin axtarışları nəticəsində Mehmet Emin Karaya məxsus avtomobil Yolazlar Akdağ səmtində tapılıb. Ərazidə davam edən axtarışlar zamanı kişinin meyiti torpağa basdırılmış halda aşkar olunub.
Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.