"Barselona"nın 17 yaşlı cinah oyunçusu Lamin Yamal Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda Milanın "İnter"inə (3:4 - əlavə vaxt) uduzmalarını şərh edib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, mayın 6-da Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “İnter” “Barselona”nı məğlub edib (4:3 əlavə vaxt) və ümumilikdə (7:6) Çempionlar Liqasının finalına yüksəlib.
"Biz əlimizdən gələni etdik, amma geri dönəcəyik, şübhəsiz ki, bu klubu aid olduğu yerə - ən zirvəyə qaytarana qədər dayanmayacağıq. Sözümü tutacam və Çempionlar Kubokunu Barselonaya gətirəcəyəm. Buna nail olana qədər dayanmayacağıq", - Yamal söyləyib.
Lamin Yamal "Barselona"nın heyətində bütün yarışlarda 102 oyun keçirib, 22 qol vurub və 33 məhsuldar ötürmə edib. Transfermarkt portalı futbolçunun bazar dəyərini 180 milyon avro qiymətləndirir.
Çempionlar Liqasının finalında "İnter" PSJ - "Arsenal" oyununun qalibi ilə qarşılaşacaq (ilk oyun 1:0). Həlledici qarşılaşma mayın 31-də Münhendə, “Alyans Arena”da keçiriləcək.