Ukrayna-Polşa sərhədində Dövlət Sərhəd Xidmətinin əməkdaşları qondarma nikah sxemindən istifadə etməklə ölkəni qanunsuz tərk etmək cəhdinin üstünü açıblar.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, kişi əsl həyat yoldaşının onu gözlədiyi Avropaya getmək üçün qonşusu ilə evlənib.
Təfərrüatlar
Kişi həyat yoldaşının sağ olmasına və Avropada yaşamasına baxmayaraq, ikinci qrup əlil olan qonşusu ilə nikah rəsmiləşdirib. Bu yolla o, əlilləri müşayiət edən kişilərin çıxış prosedurundan yararlanmağa çalışıb.
Ancaq cəhd uğursuz olub: yoxlama zamanı kişi nikaha yalnız sərhədi keçmək üçün girdiyini etiraf edib.