Ukraynanın Xarkov şəhərində polis tanışını qətlə yetirməkdə şübhəli bilinən 43 yaşlı kişini saxlayıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə şəhərin Xolodnohirsk rayonunda baş verib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, kişilər arasında qısqanclıq zəminində mübahisə yaranıb. Münaqişə zamanı cinayətkar kürəyi götürərək 47 yaşlı dostunun başına bir neçə zərbə endirib. Bundan sonra o, kişini ikinci mərtəbənin pəncərəsindən atıb.
Zərərçəkmiş aldığı xəsarətlərdən yerindəcə keçinib. Polis tez bir zamanda şübhəli şəxsi həbs edib. Onu 10 ilə qədər həbs gözləyir.
Müstəntiqlər Cinayət Məcəlləsinin 121-ci maddəsi ilə cinayət işi açıblar.