Türkiyədə ər-arvad yanğın nəticəsində həlak olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Yalova rayonunun Çınarcık qəsəbəsində baş verib.
Buradakı binalardan birinin üçüncü mərtəbəsində yanğın başlayıb. Hadisə yerinə gələn yanğınsöndürənlər 53 yaşlı Hande Savaştanı xilas etmək üçün nərdivan quraşdırmaq istəyiblər. Lakin şərait imkan vermədiyi üçün qadının pəncərədən yanğınsöndürənlərin quraşdırdığı təhlükəsiz yastığa atmasına ehtiyac olub. Yanıq xəsarətləri alan qadın daha sonra xəstəxanaya aparılsa da, orada ölüb.
Yanğın söndürüldükdən sonra evə baxış zamanı qadının əri 73 yaşlı Ali Savaştanın da meyiti aşkarlanıb. Onların xəsarət alan 26 yaşlı oğlu Çingizxan isə hamamda tapılıb.
Faktla bağlı araşdırma aparılır.