Məktəb gözətçisi şagirdi zorladı - Şöbədə İNTİHAR ETDİ
07 may 2025 16:18 (UTC +04:00)

Məktəb gözətçisi şagirdi zorladı - Şöbədə İNTİHAR ETDİ

Rusiyanın Primorsk diyarında 62 yaşlı məktəb nəzarətçisi 15 yaşlı şagirdi zorlayıb, sonra intihar edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Vladivostok şəhərində baş verib. 

Məlumata görə, kişi spirtli içki qəbul edib və yeniyetmə qızı aldadıb mühafizə otağına salıb. Bu zaman məktəbli də spirtli sərxoş vəziyyətdə olub. Ertəsi gün o, polisə şikayət edib. Bundan sonra şübhəli saxlanılaraq istintaq otağına yerləşdirilib.

Faktla bağlı nalayiq hərəkətlər maddəsi ilə cinayət işi açılıb.

Cinayətkar çox sərxoş olub və günahını inkar edib. Saxlanılan şəxs praktiki olaraq danışa bilmədiyi üçün asayiş keşikçiləri dindirilməni ertəsi gün səhərə qədər təxirə salmaq qərarına gəliblər. O, dindirmə otağında qalıb. Məlumata görə, bunu həmin şəxs özü istəyib. Səhər təhlükəsizlik qüvvələri onun meyitini tapıblar. Onun intiahr etdiyi məlum olub.

Müstəntiqlər Cinayət Məcəlləsinin 293-cü maddəsinin 1-ci hissəsi (“Səhlənkarlıq”) ilə istintaqa başlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1356

Oxşar yazılar