Bakıda polis bu maklerləri  SAXLADI - 150 minlik DƏLƏDUZLUQ
07 may 2025 15:08 (UTC +04:00)

Bakıda polis bu maklerləri SAXLADI - 150 minlik DƏLƏDUZLUQ

Bakıda sənədsiz torpaq satan dələduzlar saxlanılıb.

Lent.az-ın məlumatına görə, Xəzər rayon Binə qəsəbəsində müvafiq sənədləri olmayan torpaq sahələrinin satışı həyata keçirilib, eləcə də tikintiyə razılıq alacaqları vədi ilə insanların etibarından sui-istifadə edərək dələduzluq edilib.

Rayon Polis İdarəsinin əməkdaşları əməlləri törədən 46 yaşlı Zaman Babayev və 48 yaşlı Bərxudar Səmədov saxlayıblar.

Bu şəxslər qabaqcadan əlbir olaraq sənədləri olmayan torpaqları müxtəlif şəxslərə sataraq ümumulikdə zərərçəkənlərə 154800 manat məbləğində maddi ziyan vurublar.

Faktla bağlı cinayət işi başlanılıb, Z.Babayev və B.Səmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onların qanununsuz əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2392

Oxşar yazılar