Lənkəranda balıq tutan 66 yaşlı kişi FACİƏLİ şəkildə  öldü
07 may 2025 13:34 (UTC +04:00)

Lənkəranda balıq tutan 66 yaşlı kişi FACİƏLİ şəkildə öldü

Lənkəranda 66 yaşlı kişini elektrik cərəyanı vurub.

Lent.az-ın xəbərinə görə, hadisə Lənkəran rayonunun Velədi kəndi ərazisində baş verib.

Rayon sakini Əzizağa Ağayev səhər saatlarında balıq tutmaq məqsədi ilə Lənkəran çayına gedib. O, balıq tutmaq istəyərkən qarmaq yüksək gərginlikli elektrik xəttinə toxunub. Bu zaman Ə.Ağayevi elektrik cərəyanı vurub. Ə.Ağayev hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1682

Oxşar yazılar