Tənqidçi-yazar  evində diri-diri YANDI
07 may 2025 14:54 (UTC +04:00)

Tənqidçi-yazar evində diri-diri YANDI

Türkiyədə yanğın zamanı tənqidçi-yazar ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbul şəhəri Kadıköy qəsəbəsi Aktəpə küçəsindəki 10 mərtəbəli binanın birinci mərtəbəsində baş verib.

Yanğın zamanı evdə tək yaşayan 65 yaşlı tənqidçi-yazar Süha Oğuzertem yanıq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilsə də, görülən tədbirlərə baxmayaraq, ölüb.

Bina sakinləri yanğının telefon yaxud şarj cihazından qaynaqlandığını bildiriblər.

Hazırda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1572

Oxşar yazılar