Türməyə gizlincə keçirilən telefon
29 dekabr 2020 12:34 (UTC +04:00)

Türməyə gizlincə keçirilən telefon

Həbsxanaya qeyri-adi üsulla telefon keçirmək istədi

Bakı İstintaq təcridxanasına mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 178.2.1; 178.2.2 və 178.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Kərimzadə Rüstəm Fuad oğluna tanışı Abuzərov Səxavət Abuzər oğlunun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman orada olan yemək qazanının alt hissəsində xüsusi üsulla düzəldilmiş gizli saxlanc yerində danışıq kartı olan bir ədəd mobil telefon aparatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

# 2175
avatar

Mehman Nəbiyev

Oxşar yazılar