Xızıda karantin qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Xızı rayon Polis Şöbəsi əməkdaşları axşam saatlarında inzibati ərazilərində xidmət aparan zaman rayonun Giləzi qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar. Obyektin fəaliyyəti dərhal dayandırılıb, qanunvericiliyə uyğun kafenin icarədarı L.Hacıyeva, orada çalışan bir işçi və 9 nəfər müştəri saxlanılaraq Xızı rayon Polis Şöbəsinə polis şöbəsinə gətiriliblər.
Həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

Gizli kafe işlədən qadın və müştərilər tutuldu
Oxşar yazılar

Mingəçevirdə evdən meyit tapıldı
21 may 2025 , 10:14
Kartlardan 7 min manatdan çox pul oğurlandı
21 may 2025 , 10:05
Sabirabadda körpə ölü doğuldu
21 may 2025 , 09:58
Tehranda səfirliyimizə hücum edən EDAM OLUNDU
21 may 2025 , 09:52
Gəncədə avtomobil piyadanı vurub öldürdü
21 may 2025 , 00:42
Samuxda 37 yaşlı kişini bıçaqladılar
20 may 2025 , 23:07Bakıda avtobusun şüşəsini sındıran saxlanıldı - VİDEO
20 may 2025 , 22:13