Generalın "qara qutu"su  sayılan polkovnikin oğlu HƏBS OLUNDU
13 iyun 2024 17:04 (UTC +04:00)

Generalın "qara qutu"su sayılan polkovnikin oğlu HƏBS OLUNDU

Quru Qoşunlarının sabiq komandanı, general-leytenant Ənvər Əfəndiyevin "qara qutusu" kimi tanınan Quru Qoşunlarının sabiq inspeksiya rəisi, polkovnik Saleh Kələntərovun oğlu Rəşid Kələntərovla bağlı qərar verilib.

Lent.az "Bizim.Media"ya istinadən xəbər verir ki, sözügedən işə Bakı Hərbi Məhkəməsində baxılıb.

Belə ki, Rəşid Kələntərovun atasının vəzifəsindən və mövqeyindən istifadə edərək müxtəlif hərbi qulluqçuların, əsgərlərin rüşvət müqabilində xidməti yerlərinin dəyişdirilməsinə yol verdiyinə əsaslı şübhələr müəyyən edilib.

Məhkəmənin qərarı ilə Rəşid Saleh oğlu Kələntərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 178.2.3 maddələri ilə təqsirli bilinərək məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Rəşid Kələntərov 288 nömrəli hərbi hissənin zabiti olub.

Xatırladaq ki, Saleh Kələntərov ötən ilin yayında, Ənvər Əfəndiyev isə bu ilin yanvarında tutduqları vəzifələrdən azad olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2097
avatar

Oxşar yazılar

"Moon Kids"  uşaq bağçasının direktoru saxlanıldı

"Moon Kids" uşaq bağçasının direktoru saxlanıldı

2 iyul 2024 , 16:22
Bakıda KÜTLƏVİ DAVA:  bıçağı qarnına sancdı

Bakıda KÜTLƏVİ DAVA: bıçağı qarnına sancdı

2 iyul 2024 , 15:49
Tibb Universitetinin professoru VƏFAT ETDİ

Tibb Universitetinin professoru VƏFAT ETDİ

2 iyul 2024 , 15:43
Bakıda həbsxanada DAHA BİR ÖLÜM

Bakıda həbsxanada DAHA BİR ÖLÜM

2 iyul 2024 , 14:02
Bakıda 27 nəfəri gün vurdu

Bakıda 27 nəfəri gün vurdu

2 iyul 2024 , 11:48
Zaqatalalı gənc Rusiyada göldə batdı - VİDEO

Zaqatalalı gənc Rusiyada göldə batdı - VİDEO

2 iyul 2024 , 10:42
Bakıda AĞIR QƏZA:  Avtomobil piyadanı vurdu

Bakıda AĞIR QƏZA: Avtomobil piyadanı vurdu

2 iyul 2024 , 09:50
Bakıda DƏHŞƏT:  qadın özünü 12-ci mərtəbədən atdı

Bakıda DƏHŞƏT: qadın özünü 12-ci mərtəbədən atdı

2 iyul 2024 , 09:05