Gəncədə baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub.
Lent.az APA-ya istinadən xəbər verir ki, şəhərin 1-ci mikrorayonunda Vaqif küçəsində hərəkətdə olan "Toyota" markalı minik avtomobili idarəetməni itirərək yoldan çıxıb.
Nəticədə avtomobil yol kənarındakı işıq dirəyinə, mağazaya və hərəkətsiz vəziyyətdə dayanmış iki digər minik avtomobilinə – "Chevrolet" və "Mercedes-ə" çırpılıb. Zərbənin təsirindən "Toyota" yol kənarına aşıb.
Qəza zamanı Toyota-nın sürücüsü, Şirvan şəhər sakini, 1989-cu il təvəllüdlü Tural Qənbərov xəstəxanaya aparılarkən yolda ölüb.
Qeyd edək ki, həyatını itirən Tural Qənbərov III MDB Oyunlarının Gəncə üzrə meneceri olub.
Faktla bağlı araşdırma aparılır.
***
08:07
Gəncədə ağır yol qəzası baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 1-ci mikrorayon ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Chevrolet" markalı minik avtomobili ilə "Toyota" toqquşub.
Qəza nəticəsində bir nəfər - 1989-cu il təvəllüdlü Tural Qənbərov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma aparılır.
***
01:12