Göygöldə polis arvadının qulağını kəsən  kişini axtarır - YENİLƏNİB
14 fevral 2025 10:07 (UTC +04:00)

Göygöldə polis arvadının qulağını kəsən kişini axtarır - YENİLƏNİB

Göygöl rayon Polis Şöbəsinə rayon sakini G. Allahverdiyevanın kəsici-deşici alətlə qulaq nahiyəsindən dərəcəsi təyin edilməyən xəsarət alması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Lent.az-a bildirib ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir: "Hadisəni törətməkdə şübhəli bilinən şəxs zərərçəkənin qulağını kəsməyib. Münaqişə nəticəsində qulaq nahiyəsinə xəsarət yetirib. Faktla bağlı əlavə məlumat veriləcək".

***
03:07

Gəncə sakininin qulağından bıçaq xəsarəti almasının bəzi təfərrüatları məlum olub.

Lent.az xəbər verir ki, xəsarət alan Gəncə şəhər sakini 1994-cü il təvəllüdlü G. Allahverdiyevanın həyat yoldaşı sərxoş vəziyyətdə ona bıçaqla xəsarət yetirib.

Məlumata görə G. Allahverdiyeva hadisəni törədən şəxsin 3-cü həyat yoldaşdır.

Qeyd edək ki, hadisə Gəncə şəhəri ilə Göygöl rayonunun Üçtəpə kəndinin kəsişməsində baş verib.

İlkin məlumta görə G. Allahverdiyevanın həyat yoldaşı polis tərəfindən saxlanıb.

Faktla bağlı araşdırma aparılır./APA

***

21:20

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.

31 yaşlı G. Allahverdiyeva qulağının kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Qadına dərhal yardım edilib.

Məlumata görə, qadının qulağını həyat yoldaşı kəsib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5027

Oxşar yazılar