Etibar Mirzəyev Türkiyədən qayıtdı
17 avqust 2021 17:47 (UTC +04:00)

Etibar Mirzəyev Türkiyədən qayıtdı

0

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq,Türkiyə Respublikasında baş vermiş meşə yanğınları ilə mübarizə məqsədilə qardaş ölkəyə göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri hissə-hissə ölkəmizə qayıdır.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik etmiş fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də Azərbaycana qayıdıb.

Qeyd edək ki, qüvvələrin şəxsi heyəti dünən 2 qrupda qardaş ölkədən təyyarə ilə geri dönüb, texnikalar və şəxsi heyətin digər hissəsi isə quru yolla hazırda Azərbaycana doğru hərəkət edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2226

Oxşar yazılar