Elçin Sadıqov
05 iyun 2024 11:12 (UTC +04:00)

Elçin Sadıqov

Elçin Sadıqovu hədələyən həbs edildi

Vəkil Elçin Sadıqovu hədələyən şəxs həbs olunub.

Lent.az xəbər verir ki, bu barədə o, öz sosial şəbəkə hesabında məlumat yayıb.

E. Sadıqovun sözlərinə görə, onu hədələyən Arif Tağıyev polis tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə 5 sutka həbs qərarı seçilib.

Qeyd edək ki, hadisə Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində baş verib. Vəkil avtomobilini park edərkən "Nissan Navara" markalı avtomobilin sürücüsü A. Tağıyev keçən dəfə də onun avtomobilinin qarşısında maşın saxladığını irad bildirib və söyüş söyüb. Növbəti dəfə belə olacağı təqdirdə vəkilə və onun avtomobilinə zərər vuracağı barədə hədələyib. Daha sonra E. Sadıqov Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1749
avatar

Oxşar yazılar