Dünən 27 yanğın olub, 1 nəfər yaralanıb
17 mart 2021 10:41 (UTC +04:00)

Dünən 27 yanğın olub, 1 nəfər yaralanıb

Martın 16-da köməksiz vəziyyətdə qalan 4 nəfər xilas edilib.

FHN-dən Lent.az-a verilən xəbərə görə, ötən gün 27 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində köməksiz vəziyyətdə qalmış 4 nəfər xilas edilib, 1 nəfər yanıq xəsarəti alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1053
avatar

Mehman Nəbiyev

Oxşar yazılar